“Musiala “Bayern”də daha 20 il qala bilər”
“Bayern”in prezidenti Herbert Hayner yarımmüdafiəçi Camal Musialanın müqaviləsinin uzadılması ilə bağlı danışıqların gedişini şərh edib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, klub rəhbəri Musialanın uzun müddət komandada qalmasını istədiklərini bildirib:
“Onun bizimlə mümkün qədər uzun müddət qalmasını istəyirik. Düşünürəm ki, o, növbəti Tomas Müller ola bilər. Musiala “Bayern”də daha 20 il qala bilər”.
21 yaşlı futbolçunun klubla müqaviləsi 2026-cı ilin yayında başa çatacaq.
Musiala Münhen klubunun heyətində 166 oyun keçirib, 44 qol vurub və 31 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin