Azərbaycan millisinə 16 oyunçu çağırıldı
Sentyabrın 17-dən 21-dək Zlin şəhərində təlim-məşq toplanışı və Çexiya yığması ilə iki yoxlama oyunu keçirəcək Azərbaycan millisinin Bakıda toplanışı başlayıb.
Komanda.az xəbər verir ki, bu gün ilk məşqinə çıxan futzalçılar sentyabrın 16-dək paytaxtda hazırlıq keçəcək. Baş məşqçi Vitali Borisov məşqlərə 3-ü qapıçı olmaqla ümumilikdə 16 futzalçı dəvət edib.
Səfərə aparılacaq heyət toplanışın sonunda müəyyənləşəcək və əlavə məlumat veriləcək.
Çexiya-Azərbaycan oyunları sentyabrın 19-da və 20-də Zlin şəhərində keçiriləcək.
Qapıçılar: Emin Kürdov, Vladislav Reznov (hər ikisi “Araz-Naxçıvan”), Kamran Hacıyev (“Baku Fire”)
Meydan oyunçuları: Emil Həsənzadə Xəzər Ağalızadə, İlham Alıyev, Ülvi Əliyev (hamısı “Araz-Naxçıvan”), Tofiq Mikayılov, Nurlan Mehdizadə, Oktay Rüstəmli, Murad Quluzadə, Fərid Abbasov((“Baku Fire”), Fərid Atakişiyev, Mirzə Əmirov, Eldar Zeynalov, Seymur Məmmədov (Neftçi İK).
Bizi Facebook-da izləyin