“Ronaldodan asılı deyilik” – Millinin baş məşqçisi

Portuqaliya millisinin baş məşqçisi Roberto Martines komandanın hücumçu Kriştiano Ronaldodan asılı olması fikri ilə razılaşmır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı çalışdırıcı asılılığın olmadığını bildirib:

“Ronaldoya aludəçilik? Asılılıq yoxdur. Ronaldo hücum xəttində vacib olan dəyərli oyunçudur. Onun “kəşfiyyat”ı çox mühüm rol oynayır. Amma Ronaldodan asılılığımız haqqında danışmağı xoşlamıram”.

39 yaşlı futbolçu bir gün əvvəl karyerasında 901-ci qolunu vurub. O, Portuqaliya millisinin heyətində oyuna ilk dəqiqələrdən başlamasa da, sonradan meydana daxil olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button