“Betis”in futbolçusu Qətər klubunda – Rəsmi
“Betis” yarımmüdafiəçi Rodri Sançesin komandadan ayrıldığını açıqlayıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı futbolçu karyerasını Qətərin “Əl-Ərəbi” klubunda davam etdirəcək.
“Transfermarkt” portalının məlumatına görə, əməliyyat 8 milyon avro təşkil edib. Sançes Qətər klubu ilə 3 illik müqavilə imzalayıb.
Sançes “Betis” futbol akademiyasının yetirməsidir. 24 yaşlı yarımmüdafiəçi bu komandanın heyətində keçirdiyi 127 oyunda 8 qol vurub, 15 məhsuldar ötürmə edib.
“Betis” hazırda La Liqanın turnir cədvəlində 17-ci pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin