“Bəxtimiz gətirmədi” – Millinin baş məşqçisi
UEFA Millətlər Liqasının qrup mərhələsi matçında İsveçrə yığması İspaniyaya 1:4 hesablı məğlubiyyətlə üzləşib.
Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir, meydan sahiblərinin baş məşqçisi Murat Yakın komandasının görüşün əvvəlində yaxşı çıxış etdiyini bildirib:
“Komandam görüşün əvvəlində yaxşı çıxış etdi, aqressiv hərəkət etdik. Qollardan birinin əvəzini çıxa bildik. Komandanın hücumda hələ də şansları olsa da, son nöqtəni qoymaqda bəxtimiz gətirmədi.
Sonda çox risk etməli olduq, ona görə də, iki qol buraxdıq. Biz Avropa çempionlarına qarşı oynayırdıq, onlar yaxşı müdafiə olundular və əks-hücumlarda uğurlu oldular”.
İspaniya millisi ilk hissənin ortalarında müdafiəçi Le Normanın meydandan qovulmasından sonra 10 nəfərlə oynayıb.
Bizi Facebook-da izləyin