“Barselona”nın istəmədiyi futbolçu Bundesliqaya qayıdır
“Barselona”nın qış transfer pəncərəsi dövründə “Sassuolo”dan icarəyə götürdüyü Kevin-Prins Boatenq karyerasını yenidən Almaniyada davam etdirə bilər.
Komanda.az Almaniya mətbuatına istinadən xəbər verir ki, “Ayntraxt” (Frankfurt) 32 yaşlı hücumçunu 1 milyon avro müqabilində heyətinə qatmaq niyyətindədir. Futbolçunun da yenidən Frankfurt təmsilçisində çıxış etməyə müsbət yanaşdığı deyilir.
“Barselona” son mövsümün ikinci yarısında futbolçunu icarəyə götürsə də, onu birdəfəlik transfer etməkdən imtina etmişdi.
Boatenq 2017-2018-ci illərdə də “Antraxt”ın şərəfini qorumuşdu. Onun “Sassuolo” ilə müqaviləsi 2021-ci ilədək nəzərdə tutulub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin