“AzNur” İsveç komandası ilə heç-heçə edib

Azərbaycanın “AzNur” klubu Polşanın paytaxtı Varşavada keçirilən minifutbol üzrə Çempionlar Liqasında növbəti oyununu keçirib.

Komanda.az xəbər verir ki, təmsilçimiz İsveçin “Qalport” klubu ilə qarşılaşıb. Görüş 2:2 hesabı ilə yekunlaşıb. Azərbaycan komandasının heyətində Rəhimov (37) və Eyvazov (41) fərqləniblər.

“AzNur” ilk görüşdə Fransanın “Les Piopio” klubuna 2:1 hesabı ilə qalib gəlmişdi.

Komanda bu gün axşam “Andezit”lə (Ukrayna) qarşılaşacaq. Görüş saat 19:00-da keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button