Super Liqa klubunda fransız hücumçu

Türkiyənin “Başakşəhər” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi Fransanın “Kan” klubunun hücumçusu Enso Krivellini transfer edib.

Bu barədə İstanbul klubunun rəsmi saytı məlumat yayıb. 24 yaşlı fransalı hücumçu ilə 4 illik müqavilə imzalanıb.

“Bordo”nun yetirməsi olan Krivelli, karyerası ərzində “Bastiya” və “Anje”də də forma geyinib. Fransanın U-20 və U-21 yığmalarına oynamış forvard, əsas millidə debüt şansı qazanmayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button