Azərbaycanlı futbolçular üçün yeni mövsümdə ilk qələbə
Futbol üzrə Rusiya Premyer Liqasında 3-cü turun oyunları keçirilir.
Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçular Azər Əliyevlə Turqay Möhbalıyevin formasını geyindiyi “Ufa” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda “Krılya Sovetov”la üz-üzə gəlib. Əvvəlki iki turda məğlubiyyətlə üzləşmiş Başqırdıstan təmsilçisi bu oyundan qələbə ilə ayrılıb – 2:1.
Azər də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb. Turqay isə qarşılaşmanı sonadək ehtiyat oyunçular skamyasından izləyib.
“Ufa” 3 turdan sonra 3 xalla 16 kollektiv arasında 12-ci sırada qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin