“Real”ın futbolçusu sıradan çıxıb
“Real”ın yarımmüdafiəçisi Dani Sebalyos xəstəxanaya yerləşdirilib.
Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, bazar günü “Betis”lə oyunda ispaniyalı futbolçunun sağ topuq nahiyəsində 3-cü dərəcəli burxulma yaranıb. Sebalyosun sağalması üçün 6-8 həftə lazım olacaq.
“Real” öz meydanında “Betis”ə 2:0 hesabı ilə qalib gəlib. Komanda növbəti oyununu sentyabrın 14-də “Real Sosyedad”a qarşı keçirəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin