Ukraynalı qapıçı “Real”la anlaşmayıb?

Ukrayna millisinin qapıçısı Andrey Lunin “Real”la yeni müqavilə imzalamayıb.

Komanda.az “Realmadridexclusivo”-ya istinadən xəbər verir ki, “kral klubu”nun rəhbəri Florentino Peres yeni müqaviləni müzakirə etmək üçün qapıçı ilə görüşüb. Söhbət zamanı Lunin Peresə gələn ilin yayına qədər qüvvədə olan hazırkı müqaviləni tam şəkildə bitirmək niyyətində olduğunu bildirib. 25 yaşlı qolkiper bundan sonra azad agent kimi klubu tərk edəcək.

Lunin 2018-ci ilin yayından İspaniya nəhənginin rənglərini qoruyur. O, ötən mövsüm “Real”a İspaniya çempionu və UEFA Çempionlar Liqasının qalibi olmağa kömək edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button