MY tezliklə yeni transferini açıqlayacaq

“Mançester Yunayted”in sıralarına yeni oyunçu qoşulub.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “qırmızı şeytanlar” uruqvaylı yarımmüdafiəçi Manuel Uqartenin transferini yekunlaşdırıb.

Daha əvvəl 23 yaşlı futbolçunun “Mançester Yunayted”də tibbi müayinədən uğurla keçdiyi barədə məlumatlar yayılmışdı. Tərəflər arasında sözləşmə tamamlanıb. Sadəcə, İngiltərə klubunun rəsmi açıqlamasını gözləmək qalır.

Manuel Uqarte PSJ-dən “Mançester Yunayted”ə keçib. O, Paris klubunda cəmi bir il keçirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button