“İnter”dən ayrıldı, Çin klubu ilə müqavilə bağladı
İtaliyanın “İnter” klubu braziliyalı futbolçusu Joao Miranda ilə yolları ayırıb.
Komanda.az xəbər verir ki, bu barədə Milan təmsilçisinin rəsmi saytı məlumat yayıb.
34 yaşlı müdafiəçi karyerasını Çinin “Szyansu Sunin” klubunda davam etdirəcək.
Braziliya millisinin sabiq üzvü ötən gün Çinə yollanıb və yeni klubu ilə 2 illik müqaviləyə imza atıb.
Miranda yeni klubunda ilinə 4.5 milyon avro qazanacaq. “İnter”ə isə 5 milyon avro təzminat ödəniləcək.
Qeyd edək ki, Miranda 2015-ci ildən “İnter”də oynayırdı. O, daha öncə “Atletiko”, “San Paulo”, “Soşo” və “Koritiba”da da forma geyinib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin