Lukaku yenidən İtaliyada – Müqavilə bağlamağa gedib
“Çelsi”nin hücumçusu Romelu Lukaku “Napoli”yə keçməyə yaxındır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 31 yaşlı futbolçu artıq Neapola gedib və onun hava limanından görüntüləri yayılıb.
Lukaku “Napoli”də dəfələrlə karyerasının ən yaxşı məşqçisi adlandırdığı Antonio Konte ilə yenidən bir araya gələcək.
Neapol klubu A Seriyasında iki oyundan sonra turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb. Kontenin yetirmələri növbəti oyununu avqustun 31-də, evdə “Parma”ya qarşı keçirəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin