“Liverpul” ona 4 illik müqavilə təklif edəcək
“Yuventus”un vingeri Federiko Kyeza Premyer Liqaya keçə bilər.
Komanda.az “The Athletic”-ə istinadən xəbər verir ki, “Liverpul” italiyalı futbolçunun transferi üzərində işləyir. Mersisaydlılar uzun müddətdir ki, onu izləyirdi və indi vəziyyətdən yararlanmaq qərarına gəlib.
Kyezanın “Yuventus”la müqaviləsi 2025-ci ilin yayında başa çatır və baş məşqçi Tiaqo Motta onu komandasında görmür. Turin klubu 26 yaşlı futbolçunu 15 milyon avro məbləğində dəyərləndirir.
“Liverpul” transfer pəncərəsi bağlanana qədər Kyezanı almağa ümid edir. Mersisaydlılar ona 4 illik müqavilə təklif edəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin