“Bayern” onu satmağa hazırdır

“Bayern”in futbolçusu Kinqsli Koman Münhen klubunda qalmağı planlaşdırmır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, klub rəhbərliyi fransalı futbolçunu başqa kluba buraxmağa hazırdır. Komanın hara gedəcəyi ilə bağlı hələlik dəqiq məlumat yoxdur. İddialılar arasında PSJ, “Barselona”, “Fənərbaxça” və Səudiyyə Ərəbistanından “Əl-Hilal” klubu da var.

28 yaşlı yarımmüdafiəçi Almaniya çempionatında ötən mövsüm “Bayern”in heyətində 17 oyun keçirib, 3 qol vurub və 3 məhsuldar ötürmə edib. Onun Münhen klubu ilə müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button