Sterlinq İngiltərənin başqa klubuna keçməyə hazırdır
“Çelsi”nin vingeri Rahim Sterling tezliklə klubu tərk edə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 29 yaşlı futbolçuya transfer pəncərəsi bağlanana qədər karyerasını davam etdirmək üçün başqa variantlar təklif olunacaq.
“Mançester Yunayted”in xüsusi marağı olarsa, yarımmüdafiəçinin özü də bu kluba keçməyə açıqdır. O, hazırda heç bir klubla danışıqlar aparmır.
Sterlinq 2023/24 mövsümündə “Çelsi”nin heyətində 43 oyun keçirib, 10 qol vurub və 8 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin