Qrizmann: “Start heyətində düşmək çətin olacaq”

“Atletiko”nun hücumçusu Antuan Qrizmann “Jirona” ilə İspaniya La Liqasının 2-ci tur matçından (3:0) sonra komandanın start heyətində yer almaq uğrunda mübarizədən danışıb.

Komanda.az “Atletiko Universe”-yə istinadən xəbər verir ki, fransalı futbolçu start heyətinə düşməyin çətin olacağını bildirib:

“Mövsüm üçün həyəcanlısız? Yaxşı, biz həvəsimizi kənara qoyub mübarizəmizi meydanda göstərməliyik. Biz də həyəcanlıyıq, amma həqiqət məhz meydanda deyiləcək. Kluba yeni gələnlər də çox yaxşı çıxış etdilər. Start heyətinə düşmək çətin olacaq. Məşqdə, sonra isə matçlarda əlimizdən gələni etməliyik”.

“Atletiko” İspaniya çempionatının turnir cədvəlində 3-cü yerdədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button