“Gündoğanın “Mançester Siti”yə qayıtması əladır”

“Mançester Siti”nin hücumçusu Erlinq Haland almaniyalı yarımmüdafiəçi İlkay Gündoğanın komandaya qayıtmasına münasibət bildirib.

Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, norveçli forvard Gündoğanın qayıdışını “inanılmaz” adlandırıb:

“Bu, inanılmazdır. Gündoğanın “Mançester Siti”yə qayıtması əladır. İlkay əla oyunçudur, bunu hamı çoxdan bilir. Onunla yenidən oynamağı səbirsizliklə gözləyirəm”.

Gündoğan 2016-2023-cü illərdə “Mançester Siti”də çıxış edib. Yarımmüdafiəçi ötən mövsümü “Barselona”da keçirib.

33 yaşlı futbolçu MS ilə bir illik müqavilə imzalayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button