Simeone “Atletiko”ya 2 oyunçunun qoşulacağını açıqladı
“Atletiko”nun baş məşqçisi Dieqo Simeone avqustun 31-də bağlanacaq “yay transfer pəncərəsi bitməmiş yeni oyunçular alına bilərmi” sualını cavablandırıb.
Komanda.az “sport.es”-ə istinadən xəbər verir ki, argentinalı çalışdırıcı yayın əvvəlində klubla danışdıqları hər şeyi etdiklərini bildirib:
“Yayın əvvəlində klubla danışdığımız hər şeyi edirik. İki oyunçumuz yox idi və inanıram ki, bir neçə saatdan sonra onlar bizə qoşulacaqlar”.
“Barselona”nın müdafiəçisi Kleman Lanqlenin icarə əsasında “Atletiko”ya gedəcəyi ilə bağlı məlumatlar yayılmışdı. Həmçinin, PSV-də çıxış edən qapıçı Valter Benitesin də Madrid klubuna keçəcəyi bildirilirdi.
Simeonenin komandası sabah La Liqanın 2-ci turu çərçivəsində “Jirona” ilə qarşılaşacaq.
Bizi Facebook-da izləyin