“Qardaşım, daha da güclü qayıdacaqsan”
“Real”ın hücumçusu Vinisius Junior məşq zamanı zədələnən komanda yoldaşı Çud Bellingemə dəstək olub.
Komanda.az xəbər verir ki, braziliyalı futbolçu sosial şəbəkə hesabındakı paylaşımında Bellingemə dəstəyini belə ifadə edib:
“Qardaşım, daha da güclü qayıdacaqsan”.
İngilis futbolçu bir ay yaşıl meydanlardan kənarda qalacaq.
Bellingem ötən mövsüm “Real”ın ən yaxşı oyunçularından biri idi. 21 yaşlı yarımmüdafiəçi İspaniya çempionatında 28 matçda iştirak edib, 19 qol vurub, 6 məhsuldar ötürmə verib. Onun “kral klubu” ilə müqaviləsi 2029-cu ilin yayına qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin