“Sevilya” “Barselona”dan futbolçu icarəyə götürməyə hazırlaşır
“Barselona”nın hücumçusu Vitor Roke komandasını dəyişməyə yaxındır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, braziliyalı futbolçunun yeni iş yeri “Sevilya” olacaq. Əndəluslular Rokeni cari mövsümün sonuna qədər icarəyə götürməyə hazırlaşır.
19 yaşlı hücumçu 2024-cü ilin yanvarında “Barselona”nın sıralarına qoşulub. O, katalonlarla 16 matçda iştirak edib və 2 qol vurub.
Rokenin “Barselona” ilə hazırkı müqaviləsi 2031-ci ilin yayına kimi nəzərdə tutulub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin