Hummels Premyer Liqa klubunun hədəfindədir

Alman müdafiəçi Mats Hummels karyerasını İngiltərədə davam etdirə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, almaniyalı futbolçunun xidmətində Premyer Liqa təmsilçisi “Brayton” maraqlıdır. İngiltərə klubu onun üçün “Real Sosyedad” və “Malyorka” ilə mübarizə aparmaq niyyətindədir.

Hummels ötən mövsüm Dortmund “Borussiya”sında çıxış edib. O, keçirdiyi 40 matçda 4 qol vurub və 1 məhsuldar ötürmə verib.

35 yaşlı müdafiəçi bu yay “Borussiya”dan ayrıldıqdan sonra azad agent statusu daşıyır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button