“Araz-Naxçıvan”dan ÇL-də növbəti qələbə
Azərbaycanı futzal üzrə UEFA Çempionlar Liqasında təmsil edən “Araz-Naxçıvan” klubu turnirin ilkin mərhələsində növbəti qələbəsini qazanıb.
Komanda.az xəbər verir ki, B qrupunda yer alan komanda Estoniya çempionu “Sillamae Silla” ilə matçda 7:0 hesabı ilə qalib gəlib.
Oyun İsveçin Uddevalla şəhərində gerçəkləşib.
İlk oyunda Şimali İrlandiya təmsilçisi “Sparta Belfast”ı 7:1 hesabı ilə məğlub edən Vitali Borisovun baş məşqçisi olduğu kollektiv avqustun 24-də İsveçin “Uddevalla” klubu ilə qarşılaşacaq. Yalnız qrup liderləri əsas mərhələyə vəsiqə qazanacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin