MS Kanselo üçün ərəblərlə anlaşıb

“Mançester Siti”nin müdafiəçisi Joao Kanselo Səudiyyə Ərəbistanı çempionatına keçməyə yaxındır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, portuqaliyalı futbolçu yaxın günlərdə “Əl-Hilal”la müqavilə imzalayacaq. Potensial transferin dəyəri 35 milyon avro qiymətləndirilir.

Klublar danışıqların növbəti mərhələsini keçirib və transferlə bağlı razılığa gəliblər.

Kanselo 2023/24 mövsümündə “Barselona”da icarə əsasında çıxış edib. O, bu komanda ilə 42 matçda iştirak edib, 4 qol vurub və 5 məhsuldar ötürmə verib.

30 yaşlı futbolçu 2019-cu ilin yayında 65 milyon avro qarşılığında “Yuventus”dan “Mançester Siti”yə keçmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button