Noyer milli karyerası ilə bağlı qərar verib

Manuel Noyer Almaniya millisində gələcəyi ilə bağlı qərar verib.

Komanda.az “Bild”-ə istinadən xəbbər verir ki, almaniyalı futbolçu ölkəsinin milli komandasında çıxışını davam etdirmək istəyir. 38 yaşlı qapıçı sentyabrda milli karyerasına fasilə versə də, ilin sonuna kimi yenidən yığma komandada oynamağı planlaşdırır.

Noyer 2009-cu ilin iyunun əvvəlində Almaniya millisində debüt edib. O, həmin vaxtdan bəri komandada 124 oyun keçirib və 118 qol buraxıb. Noyer 2014-cü ildə dünya çempionu olub.

Almaniya millisi sentyabrda UEFA Millətlər Liqasında Macarıstan və Niderland yığmaları ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button