İtaliya klubu “Real”la danışıqlara başlayıb

“Real”ın yarımmüdafiəçisi Nikolas Paz karyerasını İtaliyada davam etdirə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Komo” argentinalı futbolçunun xidmətində maraqlıdır. Klublar artıq danışıqlara başlayıblar.

Tərəflər tam hüquqlu transferin müzakirəsini aparır, lakin 19 yaşlı yarımmüdafiəçinin geri alınması ehtimalı da var. Danışıqlarda “Komo”nun baş məşqçisi Sesk Fabreqas da iştirak edir.

Nikolas Paz ötən mövsüm Çempionlar Liqasında “Real”ın 3 oyununda iştirak edib və 1 qol vurub. Onun Madrid klubu ilə müqaviləsi 2027-ci ilin yayına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button