“Yuventus” onu satmaqda israrlıdır
“Yuventus”un yarımmüdafiəçisi Federiko Kyeza özünü xarici çempionatda sınamağa hazırlaşır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Turin klubunun italiyalı futbolçunu bu yay satmaq niyyətinə baxmayaraq, onun üçün danışıqlar aparmaq istəyənlər çox deyil.
A Seriyasının heç bir klubu Kyeza ilə müqavilə imzalamağa hazır deyil, ona görə də, 26 yaşlı futbolçunun başqa çempionata transferi ən çox ehtimal olunan ssenari kimi görünür.
Federiko Kyeza ilə İngiltərə Premyer Liqası və Türkiyə Super Liqasının təmsilçiləri maraqlanır. Onun özü İngiltərədə oynamaq arzusundadır.
Kyezanın “Yuventus”la müqaviləsi gələn ilin yayında başa çatır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin