Gündoğan milli karyerasını başa vurdu
“Barselona”nın 33 yaşlı yarımmüdafiəçisi İlkay Gündoğan sosial şəbəkədə Almaniya millisindəki karyerasını başa vurduğunu açıqlayıb.
Komanda.az xəbər verir ki, almaniyalı futbolçu sosial şəbəkə hesabındakı paylaşımında bir neçə həftə düşündükdən sonra bu qərara gəldiyini bildirib:
“Əziz Almaniya futbolu, bir neçə həftəlik düşünmədən sonra qərara gəldim ki, milli komandadakı karyeramı bitirmək vaxtıdır. 2011-ci ildə komandada debüt etdiyim zaman 82 oyun keçirdiyim üçün böyük qürur hissi ilə geriyə baxıram. Evdə keçirilən Avropa çempionatında kapitan kimi komandaya rəhbərlik etmək mənim üçün böyük şərəf idi.
Amma artıq turnirdən əvvəl özümü yorğun hiss edirdim, klub və milli səviyyəli matçlar az deyil. Mən mütləq Almaniya millisinin azarkeşi olaraq qalacam və həqiqətən ümid edirəm ki, artım tendensiyasını davam etdirəcəyik. Bizim fantastik məşqçimiz, çox güclü komandamız və əla komanda ruhumuz var”.
Almaniya yığması bu yay AÇ-2024-ün yarımfinalında İspaniya millisinə məğlub olaraq, mübarizəni dayandırmışdı (1:2).
Bizi Facebook-da izləyin