“Yuventus” “Atletiko” ilə anlaşa bilmir
“Yuventus” “Atletiko”nun hücumçusu Samuel Omorodionla maraqlanır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Madrid klubu Omorodionu 5-10 milyon avroya icarəyə verməyə hazırdır. Turin klubu isə 25-30 milyonluq avro ilə hücumçunun birbaşa satışında maraqlıdır. Lakin “Atletiko” çətin ki, belə bir istəyə razı olsun. “Yuventus” satınalma zəmanəti olmadan oyunçunu icarəyə götürməyəcək.
20 yaşlı futbolçu daha əvvəl “Çelsi”yə keçə bilərdi, amma 42 milyon avroluq anlaşma son anda uğursuz olub. İndi o, karyerasını davam etdirmək üçün başqa variantları nəzərdən keçirir və “Yuventus” bu seçimlər arasında favoritlərdən biridir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin