Tanınmış agent Kanselo üçün danışıqlar aparır

Tanınmış agent Jorje Mendeş müdafiəçi Joao Kanselonun gələcəyi ilə bağlı “Mançester Siti” ilə danışıqlar aparır.

Komanda.az “Sport”-a istinadən xəbər verir ki, “şəhərlilər” portuqaliyalı futbolçunu öz şərtləri ilə buraxmağa hazırdırlar.

30 yaşlı müdafiəçi özü də keçən mövsüm icarə əsasında oynadığı “Barselona”ya qayıtmaq istəyir. O, Kataloniya klubunun heyətində 42 oyun keçirib, 4 qol vurub və 5 məhsuldar ötürmə edib.

Kanselonun “Mançester Siti” ilə hazırkı müqaviləsi 2027-ci ilin ortalarına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button