“Qarabağ”ın sabiq futbolçusu “Jirona”da
“Jirona” heyətinə yeni futbolçu qatıb.
Komanda.az xəbər verir ki, bu barədə İspaniya klubunun mətbuat xidməti məlumat yayıb.
La Liqa təmsilçisi “Aberden”dən Boyan Miovskini transfer edib. 25 yaşlı mərkəz hücumçusu ilə 4 illik müqavilə imzalanıb.
Şimali makedoniyalı futbolçu Azərbaycanda da çıxış edib. O, 2017-ci ildə “Qarabağ”ın U-19 komandasında oynayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin