Maktominey İtaliya klubuna keçmək istəyir

“Mançester Yunayted”in yarımmüdafiəçisi Skott Maktominey İtaliya A Seriyasının top-klubuna keçməyə hazır olduğunu bildirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, şotlandiyalı futbolçu karyerasını davam etdirmək üçün başqa variantların olmasına baxmayaraq, “Napoli”yə keçmək istəyir.

“Napoli” Maktomineyi satınalma şərti ilə bir mövsümlük icarəyə götürmək niyyətindədir, lakin “Mançester Yunayted” belə bir razılaşmadan məmnun deyil. “Qırmızı şeytanlar” başqa oyunçu dəvət etmək üçün yarımmüdafiəçini daimi olaraq satmaq istəyir.

“Napoli” Şotlandiya millisinin daha bir yarımmüdafiəçisini – əvvəllər “Çelsi”də çıxış etmiş “Brayton”dan Billi Qilmoru transfer etməyə yaxındır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button