“Real”da itki – 6-7 həftə oynamayacaq
“Real”ın yarımmüdafiəçisi Eduardo Kamavinqa UEFA superkubokunda “Atalanta” ilə oyun ərəfəsində aldığı zədə səbəbindən bir müddət yaşıl meydanlardan kənarda qalacaq.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, fransalı futbolçu zədə səbəbindən təxminən 6-7 həftə meydana çıxmayacaq. Onun oktyabrda geri qayıtması nəzərdə tutulur.
Kamavinqa 2021-ci ilin yayında “Renn”dən “Real”a keçib.
“Real” və “Atalanta” bu gün qarşılaşacaq. Matça saat 23:00-da start veriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin