Azərbaycan millisinin daha bir oyununun yeri müəyyənləşib
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsində Şimali İrlandiya yığması ilə keçirəcəyi səfər oyununun yeri müəyyənləşib.
Komanda.az xəbər verir ki, F qrupu çərçivəsində oktyabrın 12-də təşkil olunacaq görüş Ballimina şəhərində yerləşən “The Showgrounds” stadionunda baş tutacaq.
Matçın başlama saatı ilə bağlı daha sonra məlumat veriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin