“Real”da oynamaq üçün maaşının azaldılmasına razı olmalıdır
“Real” hələ də “Əl-Nəsr”in müdafiəçisi Emerik Laportu sıralarına qata bilər.
Komanda.az “Diario AS”-a istinadən xəbər verir ki, ispaniyalı futbolçunun “kral klubu”na keçidi istisna olunmur.
Transferin baş tutması üçün “Əl-Nəsr” Laportu pulsuz buraxmalıdır. Həmçinin, o, özü də maaşının əhəmiyyətli dərəcədə azaldılmasına razı olmalıdır. Laport hazırkı müqaviləsinə əsasən, ildə 22 milyon avro qazanır.
30 yaşlı futbolçu daha əvvəl Pep Qvardiolanın rəhbərliyi altında “Mançester Siti”də çıxış edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin