ÇL: “Qarabağ” bu gün “Ludoqorets”lə cavab matçına çıxacaq
“Qarabağ” bu gün UEFA Çempionlar Liqasında növbəti oyununu keçirəcək.
Komanda.az xəbər verir ki, “köhlən atlar” 3-cü təsnifat mərhələsinin cavab matçında Bolqarıstanda “Ludoqorets”in qonağı olacaq.
Oyun saat 22:00-da start götürəcək. Görüşü italiyalı Simon Sozza idarə edəcək.
Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan ilk oyunda qonaqlar 2:1 hesablı qələbəyə seviniblər.
Cütün qalibi ÇL-in pley-off mərhələsində “Dinamo” (Zaqreb, Xorvatiya) ilə üz-üzə gələcək. Məğlub tərəf isə UEFA Avropa Liqasında “Petrokub” (Moldova) – TNS (Uels) duelinin güclüsü ilə görüşəcək.
Çempionlar Liqası, 3-cü təsnifat mərhələsi
Cavab oyunu
13 avqust
22:00. Ludoqorets – Qarabağ
Baş hakim: Simon Sozza
“Ludoqorets Arena”
İlk oyun: 2:1
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin