İtaliyalı hücumçu “Yuventus”dan ayrılmaq fikrində deyil

“Yuventus”un hücumçusu Federiko Kyeza hazırkı komandasında qalmaq istədiyini bildirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, italiyalı futbolçu baş məşqçi Tiaqo Mottanı Turin klubuna faydalı ola biləcəyinə inandırmaq istəyir.

Kyezanın “Yuventus”la müqaviləsinin bitməsinə bir il qalıb, lakin o, rəhbərliyin təklif etdiyi şərtlərlə sözləşməni yeniləməkdən imtina edib.

26 yaşlı forvardla İngiltərə Premyer Liqası və Türkiyə Super Liqasının klubları maraqlanır.

Kyeza ötən mövsüm İtaliya A Seriyasında 9 qol vurub və 2 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button