Fabreqas: “Varana çox yazığım gəlir”
“Komo”nun baş məşqçisi Sesk Fabreqas müdafiəçisi Rafael Varanın zədəsi ilə bağlı jurnalistlərin suallarını cavablandırıb.
Komanda.az TMW-yə istinadən xəbər verir ki, ispaniyalı çalışdırıcı Varana yazığının gəldiyini bildirib:
“Bəli, zədədir. Varana çox yazığım gəlir, o, karyerası ərzində çoxlu zədə alıb. Deyəsən, bu dəfə dizini zədələyib. Amma indi konkret heç nə deyə bilmərəm, əvvəlcə həkimlərlə məsləhətləşməliyik”.
Fransalı futbolçu “Sampdoriya” ilə yeni komandasında debüt matçının 23-cü dəqiqəsində meydanı tərk etmək məcburiyyətində qalıb. İtaliya kubokunun görüşü Fabreqasın komandasının penaltilər seriyasında məğlubiyyəti ilə yekunlaşıb (1:1, 4:5).
Rafael Varan bu yay azad agent kimi “Komo”ya keçib. O, əvvəllər “Mançester Yunayted”də çıxış edib.
Bizi Facebook-da izləyin