“Çelsi” 63 milyon avroya yarımmüdafiəçi alır

“Çelsi” “Vulverhempton”dan Pedro Netonu transfer etməyə yaxınlaşır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, London klubu “Vulverhempton”la 60 milyon+3 milyon avro bonus qarşılığında razılığa gəlib.

Neto artıq Londona gəlib və tibbi müayinədən keçməyə hazırlaşır. Hər şey yaxşı olarsa, portuqaliyalı yarımmüdafiəçi tezliklə “Çelsi” ilə müqavilə imzalayacaq.

24 yaşlı futbolçu ötən mövsüm İngiltərə Premyer Liqasında 2 qol vurub, 9 məhsuldar ötürmə edib. Uzun müddətdir ki, onun xidmətində daha iki klub – “Arsenal” və “Tottenhem” maraqlıdır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button