Flik keçmiş futbolçusunu “Barselona”ya gətirmək istəyir

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik yeni komandasında “Bayern”in futbolçusu ilə yenidən bir araya gələ bilər.

Komanda.az “Sport”-a istinadən xəbər verir ki, Kataloniya klubu Kinqsli Komanı transfer etmək imkanını nəzərdən keçirir.

“Barselona”nın cinah oyunçusu mövqeyi üçün əsas seçimi “Atletik”dən Niko Uilyamsdır. Lakin 58 milyon avroluq təzminat tələbi klubu başqa variantlara keçməyə məcbur edə bilər.

“Bayern”in Komanı almaq şərti ilə icarəyə verməyə hazır olduğu bildirilirdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button