Müstəntiq olarmış – Futbolçu olmasaymış

İranlı hücumçu Mehdi Taremi “İnter”ə keçib və burada mətbuatla fəal ünsiyyət qurur, sualları cavablandırır.

Komanda.az “pianetamilan.it”-ə istinadən xəbər verir ki, 32 yaşlı forvard ona ünvanlanan “futbolçu olmasaydın, kim olmaq istərdin” sualına “müstəntiq” deyə, cavab verib:

“Futbolçu olmasaydım, çox güman ki, polis, daha doğrusu, müstəntiq olardım”.

İtaliya A Seriyasının yeni mövsümü avqustun 17-də başlayacaq. “İnter” ilk turda səfərdə “Cenoa” ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button