“Çelsi” hücumçusunu icarəyə vermək istəyir
“Çelsi” transfer pəncərəsinin qalan günlərində hücumçusu David Datro Fofana ilə yollarını ayırmağı planlaşdırır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, London klubu Fil Dişi Sahili millisinin üzvünü müqaviləyə məcburi satınalma şərti daxil etməklə icarəyə vermək istəyir.
Fofana ilə üç klub maraqlanır. “Lester” onun uğrunda mübarizədə liderdir, lakin “Vilyarreal” və “Ştutqart” klubları da bu futbolçunu almaq istəyir.
21 yaşlı forvard ötən mövsüm iki klubda – “Union” (Berlin) və “Bernli”də icarə əsasında çıxış edib. O, Premyer Liqada 15 matçda 4 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin