“Burada hər şey fərqli olacaq” – “Roma”nın yeni hücumçusu

“Roma”nın yeni hücumçusu Artyom Dovbik “Jirona”dan İtaliya klubuna keçməsini şərh edib.

Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, ukraynalı futbolçu burada hər şeyin fərqli olacağını bildirib:

“Burada hər şey fərqli olacaq. “Jirona” İspaniyada kiçik bir klubdur, “Roma” isə İtaliyada çox önəmli, zəngin tarixə malikdir. Buna görə də, hər şey fərqli olacaq. Bilirəm ki, məni burada təzyiq gözləyir, amma futbolda onsuz da bu normaldır”.

Dovbikin transferi “Roma”ya 30 milyon avroya başa gəlib. O, İspaniya çempionatının ötən mövsümündə 24 qol vuraraq, bombardir olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button