Ancaq ərəblər verə bilər – De Xeanın istədiyi pulu
“Mançester Yunayted”dən ayrıldıqdan sonra azad agent olan ispaniyalı qapıçı David de Xea ildə 5-6 milyon avro qazanmaq istəyir.
Komanda.az “Teamtalk”-a istinadən xəbər verir ki, hazırda 33 yaşlı futbolçunun maliyyə ehtiyaclarını Səudiyyə Ərəbistanı klubları ödəyə bilər. Belə ki, ərəblərin bəzi klubları De Xeanın nümayəndələri ilə danışıqlar aparır.
“Cenoa”nın De Xea ilə maraqlandığı, lakin tərəflərin sözləşmənin maliyyə tərəfi ilə bağlı razılığa gələ bilməyəcəyi bildirilib.
De Xea 2011-2023-cü illərdə “Mançester Yunayted”də çıxış edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin