De Xea ilə İtaliyanın daha bir klubu maraqlanır

İspaniyalı qapıçı David de Xea bir ildən artıqdır ki, işsizdir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 33 yaşlı futbolçunun xidmətində “Cenoa” ilə yanaşı, A Seriyasının başqa bir klubu – “Fiorentina” da maraqlıdır.

David de Xea 2011-2023-cü illərdə “Mançester Yunayted”də çıxış edib. İspaniyalı futbolçu yaxın keçmişdə dünyanın ən yaxşı qapıçılarından biri hesab olunurdu, amma indi bütün mövsümü futbolsuz keçirib.

De Xeanın “Mançester Yunayted”lə müqaviləsi ötən ilin yayında başa çatıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button