Azərbaycan badmintonçusu Olimpiada ilə vidalaşdı
Azərbaycanın kişi badmintonçusu Edi Reski Dviçayo Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti görüşünə çıxıb.
Komanda.az xəbər verir ki, idmançımız E qrupunun növbəti matçında danimarkalı Anders Antonsenlə qarşılaşıb.
Görüş təmsilçimizin məğlubiyyəti ilə yekunlaşıb – 0:2, (12:21, 14:21).
Dviçayo bu nəticənin ardından Paris-2024-dəki çıxışını başa vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin