Qurbanov əsrin ən çox oyun keçirən məşqçiləri sırasında

2000-ci ildən bu yana (21-ci əsrdə) UEFA Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqası turnirlərində baş məşqçi kimi ən çox iştirak edən mütəxəssislərin siyahısı məlum olub.

Komanda.az xəbər verir ki, siyahıda “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun da adı var.

O, “Neftçi” və “Qarabağ” komandalarının baş məşqçisi kimi 165 oyunda yer alıb və 67 görüşdə qəlbəyə sevinib.

2000-ci bu yana qitə miqyaslı turnirlərdə ən çox portuqaliyalı baş məşqçi Jose Mourinyo təmsil olunub. O, Avropa turnirlərində 231 matçda 131 qalibiyyət əldə edib.

61 yaşlı mütəxəssisi Mirça Luçesku təqib edir. Rumıniyalı baş məşqçi Avropada 226 oyunun 94-də komandasına qələbə qazandırıb.

İlk üçlüyü isə Karlo Ançelotti qapayır. İtaliyalı mütəxəssis 220 qarşılaşmanın 123-də qqalib gəlib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button