Azarkeşlərin “Barselona”nın prezidentindən tələbi

“Barselona”nın azarkeşləri komandanın həqiqətən rəqabətədavamlı olmasını istəyirlər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, kataloniyalı azarkeşlər ABŞ-da “Mançester Siti” ilə yoxlama görüşündən əvvəl klub prezidenti Xuan Laportanı gözləyərək, onu gördüklərində ucadan qışqırmağa başlayıblar:

“Niko Uilyams!”

Aydındır ki, “Barselona”nın azarkeşləri klubun Niko Uilyamsla müqavilə bağlayacağı təqdirdə, rəqabət səviyyəsinin artacağına əmindirlər. Azarkeşlər ispaniyalı futbolçu ilə müqavilə imzalamağı tələb edirlər.

Daha əvvəl “Barselona”nın “Atletik”dən 22 yaşlı vingeri 58 milyon avroya ala biləcəyi bildirilirdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button