“Yuventus” Neymarla birlikdə dünyanın ən yaxşı 5 klubu arasında ola bilər”

“Yuventus”un və İtaliya millisinin sabiq futbolçusu Canluka Zambrotta açıqlama verib.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, PSJ-nin futbolçusu Neymarın “qoca sinyora”ya mümkün transferi haqqında danışan 42 yaşlı sabiq futbolçu, bunları deyib:

“Yuventus” azarkeşləri, ümumiyyətlə, bütün italiyalı azarkeşlər Neymarı A Seriyasında görməyi arzu edirlər. Üstəlik, bu, Kriştiano Ronaldonun transferindən sonra İtaliya futbolu üçün başqa böyük bir marketinq üstünlüyü olardı. “Yuventus” Neymarla birlikdə dünyanın ən yaxşı 5 klubu arasında ola bilər.

Neymarın “Yuventus”a transferi asan olmayacaq, amma gördüyüm qədəriylə onun “Barselona”ya qayıtması da çətin görünür. “Yuventus” Avropada rəqabət aparmaq və nəhayət, Çempionlar Liqasını qazanmaq istəyirsə, böyük pullar xərcləməli və ən yaxşı futbolçuları heyətinə qatmağa davam etməlidir. Necə ki, keçən yay Ronaldonu transfer etmişdilər”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button